2 iyul 2026. Cümə axşamı

Məşhur futbolçu karyerasını bitirmək niyyətində deyil


Məşhur futbolçu karyerasını bitirmək niyyətində deyil

“Komo”nun yarımmüdafiəçisi Dele Alli karyerasını bitirmək niyyətində deyil.

90deqiqe.Az-ın "New York Times"ə istinadən yaydığı məlumata görə, 29 yaşlı futbolçu “Komo” klubunu cəmi altı ay keçirdikdən sonra tərk etməyə hazırdır, lakin karyerasını bitirməyi planlaşdırmır.

Bundan əvvəl ingilis futbolçunun yay təlim-məşq toplanışı zamanı komandadan ayrı şəkildə məşq etdiyi və karyerasını başa vurmaq ehtimalı üzərində düşündüyü iddiaları yayılmışdır.

Dele Alli 2025-ci ilin martında “Komo”nun heyətində debüt edib, lakin oyuna daxil olduqdan cəmi doqquz dəqiqə sonra qırmızı vərəqə alıb. O vaxtdan bəri rəsmi matçlarda meydana çıxmayıb. Son iki il yarım ərzində o, cəmi bir rəsmi oyunda iştirak edib.

Alli “Komo” ilə müqaviləni 2025-ci il yanvarın 19-da imzalayıb. Müqavilə 2026-cı ilin yayına qədər qüvvədədir. Onun sonuncu klubu İngiltərənin “Everton” komandası olub. Dele Alli İngiltərə millisinin heyətində 37 oyunda meydana çıxıb və 3 qola imza atıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı