2 iyul 2026. Cümə axşamı

Fabreqas “Barselona”nı çalışdırmaq ehtimalı barədə danışıb


Fabreqas “Barselona”nı çalışdırmaq ehtimalı barədə danışıb

İtaliyanın “Komо” klubunun baş məşqçisi Sesk Fabreqas bu gün keçiriləcək “Barselona” ilə yoldaşlıq oyunu ərəfəsində gələcəkdə katalon klubunu çalışdırmaq ehtimalına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "AS" onun dediklərini belə çatdırıb.

“Gələcəkdə “Barselona”nı çalışdırmaq? Gələcək çox tez dəyişir. Həyatım artıq futbolçu həyatı kimi deyil. İndi bu barədə sutkada 24 saat düşünməli oluram”

Fabreqas 2024-cü ilin yayında “Komо”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında A Seriyasına yeni yüksəlmiş klub mövsümü 10-cu pillədə başa vurub.

Futbolçu karyerasında Fabreqas 2011–2014-cü illərdə “Barselona”nın heyətində çıxış edərək La Liqa, İspaniya kuboku, İspaniya superkuboku, UEFA Superkuboku və Klub dünya çempionu titullarını qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı