30 sentyabr 2026. Çərşənbə

La Liqa və A Seriyada xaricdə oyunlar müzakirə olunur


La Liqa və A Seriyada xaricdə oyunlar müzakirə olunur

İspaniyada “Vilyarreal” və “Barselona” klublarının dekabr ayında La Liqanın görüşünü ABŞ-da keçirmək istəyilə bağlı müzakirələr başlayıb.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, xaricdə oyun keçirmək təşəbbüsü yalnız İspaniya ilə məhdudlaşmır.

İtaliya Futbol Federasiyası ötən ay A Seriyasının oyunlarından birinin Avstraliyada təşkil olunmasına icazə verib. “Milan” və “Komо” komandaları arasında keçiriləcək qarşılaşma 6 fevral 2026-cı il tarixində planlaşdırılıb. UEFA-ya təqdim olunan müraciətə əsasən, oyunun ehtimal olunan şəhəri Pertdir.

Qeyd edək ki, “Milan” həmin gün ev oyununu “San-Siro” stadionunda keçirə bilməyəcək, çünki eyni vaxtda Qış Olimpiadası açılış mərasimi keçiriləcək.







İtaliya S.A.