- İtaliya S.A.
- 23:10 29.06.2026
“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın yeni transferi Kevin De Bruyne barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“De Bruyne bu atmosferə tam inteqrasiya olub. İşin vacibliyini yaxşı anlayır, boş yerə söz demir. O, burada olan futbolçular üçün çox arzuolunan transfer idi. Kevin əla karyera keçirdi və buraya gəldi. Heç bir məşqi qaçırmır, hər zaman əlçatan və maksimum çalışır. İndi biz üç və ya dörd yarımmüdafiəçi ilə düzgün balans tapmağa çalışacağıq. Qarşımızda çox oyunlar var. De Bruyne istisnavi futbolçudur və hər kəsi heyrətləndirdi”.
Belçikalı yarımmüdafiəçi 10 mövsüm “Mançester Siti”də çıxış etdikdən sonra bu yay "Napoli"yə qoşulub.
Qeyd edək ki, Seriya A-nın ilk turunda “Napoli” səfərdə “Sassuolo” ilə qarşılaşacaq. Görüş avqustun 23-də baş tutacaq.