- İtaliya S.A.
- 23:00 26.03.2026
“Allianz Stadium”unda “Yuventus” əsas komandası ilə klubun U-23 komandası arasında yoxlama oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, oyun 2:0 hesabı ilə əsas heyətin xeyrinə başa çatıb. Qolları Duqlas Luis və Duşan Vlahoviç vurub.
Oyunu tribunadan təxminən 30 min azarkeş izləyib. Azarkeşlər müxtəlif reaksiyalar veriblər: Duqlas Luisin qoluna alqışlar səslənibsə, Vlahoviçin qoluna baxmayaraq səs-küylü etirazlar olub. Serb hücumçu əvvəlcə qol imkanını dəqiq realizə edə bilməsə də, sonradan topu qapıya göndərib.
Qeyd edək ki, Vlahoviçin “Yuventus” ilə müqaviləsi gələn ilədəkdir. Turin klubu hazırda futbolçunu satmağı nəzərdən keçirir.