29 mart 2026. Bazar günü

“Qasperini həqiqi müəllimdir, biz etibarlı əllərdəyi̇k”


“Qasperini həqiqi müəllimdir, biz etibarlı əllərdəyi̇k”

"Roma"nın hücumçusu Stefan El-Şaaravi komandanın yeni baş məşqçisi Can Pyerо Qasperini barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Italia" futbolçunun dediklərini belə çatdırıb.

"Qasperini mənim ilk çalışdığım baş məşqçidir. O, mənə "Cenoa"da A Seriyasında debüt imkanı verdi. Həqiqi müəllimdir, meydanda da, kənarda da açıq danışan biridir. O, futbolçularından maksimumu almağı bacarır"

İtaliyalı forvard əlavə edib: "Onunla məşqlər, sözsüz ki, çətindir, amma bütün yeni oyunçular bir-birini tanıdı və çox pozitiv ab-hava var. Qasperini və Ranyeri ilə biz etibarlı əllərdəyi̇k."

Xatırladaq ki, Klaudio Ranyeri "Roma"nın əvvəlki baş məşqçisi idi. Bu mövsümdən etibarən o, klubda texniki direktor vəzifəsini icra edir.







İtaliya S.A.

 "Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:04 21.03.2026
"Milan"dan çətin qələbə