19 mart 2026. Cümə axşamı

“Loftus-Çik və Fofana 15 qol hədəfinə çatmaq potensialındadır”


“Loftus-Çik və Fofana 15 qol hədəfinə çatmaq potensialındadır”

“Milan”nın yeni baş məşqçisi Massimiliano Alleqri komandasının hücum xəttindən böyük ümidlər bəsləyir.

90deqiqe.Az-ın "pianetamilan.it"ə istinadən məlumatına görə, mütəxəssis, Ruben Loftus-Çik və Yusef Fofananın yeni mövsümdə həm məhsuldar, həm də təsirli olacağını gözləyir.

“Ruben və Fofana texnikalı və dözümlüdür. Mən əminəm ki, mövsümün sonunda onlar birlikdə təxminən on beş qol vurmaq potensialına malikdirlər.”

Qeyd edək ki, “Milan” yeni mövsümə şənbə günü evdə “Kremoneze” ilə keçiriləcək matçla start verəcək. Sonuncu dəfə klub İtaliya çempionluğunu 2022-ci ildə qazanıb, həmin vaxt komandaya Stefano Pioli rəhbərlik edirdi.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə