19 mart 2026. Cümə axşamı

“Oyun üçün hazırdır”


“Oyun üçün hazırdır”

“Yuventus”un baş məşqçisi İqor Tudor komandanın əsas müdafiəçilərindən olan Qleyson Bremerin durumuna münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb.

“Onun meydandakı və komanda daxilindəki dəyərini yaxşı bilirik. Hər şey plan üzrə gedir, o, artıq oynaması üçün kifayət qədər hazırdır və sabahkı görüşdə meydana çıxacaq. Təkcə Bremer üçün yox, bütün komanda üçün bir neçə oyuna ehtiyac olacaq. Çünki bu yay hazırlıq prosesi bir qədər qısa keçdi. Amma sabah bizi yaxşı oyun gözləyir”

Ötən mövsümün bir hissəsini ciddi zədə səbəbilə buraxan futbolçunun artıq meydana dönməyə hazır olduğu təsdiqlənib.

Qeyd edək ki, “Yuventus” A Seriyadakı 2025/26 mövsümünə avqustun 24-də “Parma”ya qarşı keçirəcəyi oyunla start verəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə