19 mart 2026. Cümə axşamı

“Napoli” A Seriyaya qələbə ilə başladı


“Napoli” A Seriyaya qələbə ilə başladı

İtaliya A Seriyasının I turu çərçivəsində keçirilən “Sassuolo” – “Napoli” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Mapei – Citta del Tricolore” stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

Matçın baş hakimi Covanni Ayroldi olub.

Neapol təmsilçisini qələbəyə daşıyan qolları 17-ci dəqiqədə şotlandiyalı yarımmüdafiəçi Skott Maktominay və 57-ci dəqiqədə yeni transfer – belçikalı ulduz Kevin De Bruyne vurub. De Bruyne bu oyunda “Napoli” forması ilə debüt qolunu qeyd edib.

Qeyd edək ki, meydan sahibləri 79-cu dəqiqədən etibarən azlıqda oynayıb. “Sassuolo”nun yarımmüdafiəçisi İsmayıl Kone birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Növbəti turda “Napoli” doğma meydanda “Kalyari” ilə qarşılaşacaq. “Sassuolo” isə səfərdə “Kremoneze”nin qonağı olacaq.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə