- İtaliya S.A.
- 23:33 04.12.2025
“İnter”in mərkəz yarımmüdafiəçisi Kristian Asllani karyerasını “Torino”da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Turin klubunda çıxış edəcək. Müqavilədə həmçinin gələcəkdə “Torino”nun oyunçunu almaq hüququ nəzərdə tutulub.
Ötən mövsümdə alban oyunçu “İnter”də 39 oyuna çıxaraq 3 qol vurub və 3 assist edib. Transfermarkt-a görə, futbolçunun bazar qiyməti 13 milyon avrodur.
Qeyd edək ki, bu gün, 25 avqust, “İnter” və “Torino” Seria A-nın ilk turu çərçivəsində üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 21:45-də start götürəcək.