30 sentyabr 2026. Çərşənbə

Kyellini əməliyyat olundu - 6 ay oynamayacaq


Kyellini əməliyyat olundu - 6 ay oynamayacaq

“Yuventus”un müdafiəçisi Corcio Kyellini əməliyyat olunub.

Corner.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Dizindən əməliyyat olunan 35 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirib.

"Yuventus" Çempionlar Liqasının iştirak ərizəsində təcrübəli futbolçunun əvəzinə türkiyəli müdafiəçi Merih Dəmirəlin adının qeyd edib.







İtaliya S.A.