29 iyun 2026. Bazar ertəsi

Leao "Leççe" ilə oyunu buraxacaq


Leao "Leççe" ilə oyunu buraxacaq

"Milan"ın hücumçusu Rafael Leao 29 avqustda İtaliya A Seriyasının ikinci turunda "Leççe" ilə səfər oyununu buraxacaq.

90deqiqe.Az-ın məlumatına görə, "rossoneri"nin 26 yaşlı futbolçusu "Milan"ın qarşıdakı matçına çağırılmayıb.

Qeyd edək ki, portuqaliyalı  futbolçu 17 avqustda "Bari"yə qarşı keçirilən kubok matçında zədələnmişdi. İkronoj əzələsinin zədəsi səbəbindən o, İtaliya çempionatının ilk turunda da «Milan»a kömək edə bilmədi. Həmin qarşılaşmada "Milan"  sensasion şəkildə "Kremoneze"yə 2:3 hesabı ilə uduzmuşdu.

Keçən mövsümdə 26 yaşlı qanad futbolçusu 50 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı