29 iyun 2026. Bazar ertəsi

“Komandamız ambisiyalarımıza tam uyğundur”


“Komandamız ambisiyalarımıza tam uyğundur”

“İnter”in prezidenti Cüzeppe Marotta klubun yay transfer kampaniyası barədə danışıb.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, klub rəhbəri transfer pəncərəsinin son günlərində böyük keçidlərin gözlənilmədiyini bildirib.

“Biz yeni model tətbiq etmişik, bu da gənc oyunçulara sərmayə qoymağı nəzərdə tutur. Artıq dörd futbolçu transfer olunub, biri isə akademiyamızdan əsas komandaya qoşulub. Bununla razıyıq və seçdiyimiz yolla davam edəcəyik. Mövcud heyətimiz isə tam şəkildə ambisiyalarımıza cavab verir”

Qeyd edək ki, “İnter” A Seriyasının yeni mövsümünə uğurlu start verib. İlk turda Milan təmsilçisi səfərdə “Torino”nu darmadağın edib – 5:0.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı