19 mart 2026. Cümə axşamı

“Kremoneze” “Sassuolo”nu məğlub etdi


“Kremoneze” “Sassuolo”nu məğlub etdi

2025/26 mövsümünün debütantları “Kremoneze” və “Sassuolo” A Seriyasının II turuna çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, görüş gərgin və dramatik anlarla yadda qalıb.

Matçın ilk real qol imkanı 37-ci dəqiqədə yaranıb. Künc zərbəsindən sonra Filippo Terraçano hava duelini qazanaraq topu qapıya göndərib – 1:0. İki dəqiqə sonra Antonio Sanabria Franko Vaskesi qol imkanına çıxarıb və hesab 2:0-a çatıb.

Qonaqlar cavab olaraq künc zərbəsi ilə təhlükə yaradıb və Andrea Pinamonti qapı dirəyinə toxunub. 65-ci dəqiqədə eyni futbolçu topu qapıya yönəldərək hesabı 2:1 edib və oyuna yenidən maraq qatıb. 73-cü dəqiqədə Domeniko Berardi penalti zərbəsindən istifadə edərək hesabı bərabərləşdirib – 2:2.

Yalnız əlavə vaxtda ev sahibləri Manuel Le Luka ilə penaltidən fərqlənərək dramatik qələbəni təmin edib – 3:2.

Qeyd edək ki, “Sassuolo” iki məğlubiyyətdən sonra turnir cədvəlinin son pilləsindədir, “Kremoneze” isə 6 xalla liderliyini qoruyur.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə