- İtaliya S.A.
- 23:33 04.12.2025
“Roma”nın baş məşqçisi Cian Piero Qasperini Serie A-nın II turunda “Piza” ilə keçiriləcək oyundan öncə komandanın ukraynalı hücumçusu Artyom Dovbikin rolunu şərh edib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“Dovbikin mövsümöncəsi hazırlıq dövründə fasiləsi oldu, amma mənimlə işləyərkən o, çox pozitiv oyunçu olduğunu göstərdi, eləcə də bütün komanda. O, həmişə əzmlə çalışıb və ondan narazılığım yoxdur.
Dovbikdən gözlədiyim odur ki, əsas heyətdə oynayıb-oynamamasından asılı olmayaraq, əvəzlənməyə girəndə və ya ehtiyatda qaldıqda bütün gücünü oyuna qoyacaq. Bu, asan olmayacaq.”
Xatırladaq ki, ötən mövsümdə Dovbik klub səviyyəsində 45 oyuna çıxaraq 17 qol vurub və 4 məhsuldar ötürmə edib.