5 dekabr 2025. Cümə

“İnter”də Hakan Çalhanoğlu geri qayıdır


“İnter”də Hakan Çalhanoğlu geri qayıdır

Türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu yenidən “İnter”in baş məşqçisi Kristian Çivunun sərəncamına dönüb.

90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu bu axşam keçiriləcək “Udineze” ilə oyunda meydana çıxacaq.

Öncəki qarşılaşmalarda Çalhanoğlunun yoxluğunu xorvatiyalı futbolçu Petar Susiç və yetirmə oyunçu Nikolo Barella əvəz edirdi.

Xatırladaq ki, “İnter” A Seriyasının yeni mövsümünə möhtəşəm qələbə ilə start verib – “Torino”nu 5:0 hesabı ilə məğlub edib. Ötən mövsüm “neradzurrilər” çempionatı 2-ci pillədə başa vurmuşdu, 2024-cü ildə isə İtaliya çempionu titulunu qazanmışdı.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”