5 dekabr 2025. Cümə

“Komо” Delle Alli ilə yollarını ayırdı


“Komо” Delle Alli ilə yollarını ayırdı

İtaliyanın “Komо” klubu ingilis yarımmüdafiəçi Delle Allinin müqaviləsinə vaxtından əvvəl xitam verib.

90deqiqe.Az xəbər verir ki, ayrılığa səbəb kimi futbolçunun daimi oyun praktikasına ehtiyac duyması və klubun bu şəraiti təmin edə bilməməsi göstərilib.

29 yaşlı futbolçu 2024/2025 mövsümündə “Komо”nun heyətində cəmi bir oyuna çıxıb və məhsuldar hərəkətlə yadda qalmayıb. Transfermarkt məlumatına görə, Delle Allinin bazar dəyəri hazırda 2 milyon avro təşkil edir.

Qeyd edək ki, yarımmüdafiəçi ən böyük şöhrətini İngiltərə Premyer Liqasının “Tottenhem” klubunda çıxış edərkən qazanıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”