5 dekabr 2025. Cümə

“Milan"a keçmək mənim üçün ideal qərar oldu”


“Milan"a keçmək mənim üçün ideal qərar oldu”

İtaliyanın “Milan” klubunun yeni transferi Kristofor Nkunku klubunu dəyişməsindən danışıb. 

90deqiqe.Az-ın məlumatına görə, "Football Italia" 27 yaşlı hücumçunun dediklərini belə çatdırıb. 

“Milan"ın marağını ilk dəfə idman direktoru ilə danışarkən eşitdim. Bu barədə çox düşünmədim, mənim üçün ideal bir qərar oldu. Buraya gəlmək istədim ki, rəqabətqabiliyyətli olum və titullar qazanam”.

 Ötən mövsümdə Fransa millisinin üzvü Nkunku “Çelsi” klubunun heyətində 48 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun transferi “Milan” üçün 37 milyon avroya başa gəlib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”