31 yanvar 2026. Şənbə

Luka Modriç “Milan”ın tarixində ən yaşlı qol vuran yarımmüdafiəçi oldu


Luka Modriç “Milan”ın tarixində ən yaşlı qol vuran yarımmüdafiəçi oldu

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasında qol vuran ən yaşlı yarımmüdafiəçi kimi tarixə düşüb.

90deqiqe.Az-ın "Opta Paolo"ya istinadən məlumatına görə, xorvatiyalı futbolçu “rossoneri”nin keçmiş futbolçusu Nils Lidholmun rekordunu qırıb. Lidholm 38 yaş 169 günlük olarkən (26 mart 1961-ci il, “İnter”ə qarşı matçda) qol vurmuşdu.

Modriç bu mövsümün 3-cü turunda “Bolonya” ilə oyunda (1:0) fərqlənib. Luka yay transfer pəncərəsində sərbəst agent kimi “Milan”a qoşulub.

Hazırda “Milan” üç turdan sonra 6 xal toplayaraq A Seriyası turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Bolonya” isə 3 xalla 13-cü sıradadır.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”