5 dekabr 2025. Cümə

“Ən önəmlisi, vacib qələbəni qazandıq”


“Ən önəmlisi, vacib qələbəni qazandıq”

“İnter” klubunun baş məşqçisi Kristian Çivu “Sassuolo” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "DAZN" çalışdırının dediklərini belə çatdırıb.

“Ən önəmli məqam, bizə çox lazım olan qələbəni qazandıq və yaxşı oyun nümayiş etdirdik. Qalibiyyəti daha əvvəl təmin etmək imkanımız vardı, lakin “Sassuolo”nun qapıçısı əla çıxış etdi. Sonda buraxdığımız qol gərginlik yaratdı, amma biz öz futbolumuzu oynamağa davam etdik. Şükürlər olsun ki, nəticə müsbət oldu. Daha sürətli ötürmələr edə, hücumlarda daha yaxşı hərəkət edə bilərik, amma ən vacib olan oyunçuların xarakteri, qətiyyəti və düzgün əhval-ruhiyyəsidir.”

Qeyd edək ki, bu nəticə ilə “neradzurri” Seriya A-da davam edən uğursuz seriyanı dayandırıb.

“İnter” növbəti oyununu 27 sentyabr, şənbə günü səfərdə “Kalari” ilə keçirəcək.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”