30 iyun 2026. Çərşənbə axşamı

Leau “Milan” – “Napoli” matçında iştirak edə bilər


Leau “Milan” – “Napoli” matçında iştirak edə bilər

İtaliya Seriya A-sının V turu çərçivəsində “Milan” öz meydanında “Napoli”ni qəbul edəcək.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, zədədən qayıdan hücumçu Rafael Leau bu oyunda iştirak edə bilər.

Qeyd edək ki, Leau 17 avqust tarixində “Bari” ilə kubok matçında baldır əzələsini zədələmişdi. Mənbənin verdiyi məlumata görə, yaxın günlərdə “Milan”ın tibbi heyəti futbolçunun vəziyyətini yoxlayacaq və matça çıxıb-çıxmayacağına qərar verəcək. Zədənin tam sağaldığı halda belə, portuqaliyalının oyuna ehtiyat oyunçu skamyasından başlaması ehtimalı böyükdür.

Dörd turun nəticəsinə görə, Massimiliano Allegrinin komandası turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və 9 xal toplayıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı