5 dekabr 2025. Cümə

“Yuventus”un maliyyə itkiləri azalır, amma...


“Yuventus”un maliyyə itkiləri azalır, amma...

“Yuventus” maliyyə problemlərindən hələ də yaxa qurtara bilməyib, lakin böhran miqyası əvvəlkindən xeyli aşağıdır.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, 2024/25 maliyyə ilinin yekunlarına görə klub hələ də mənfəət götürməyəcək, amma defisit ötən ilin səviyyəsinə nisbətən əhəmiyyətli dərəcədə azalacaq.

Əvvəlki mövsümdə “bianconeri”nin itkiləri 199 milyon avro civarında qeydə alınmışdısa, indi bu rəqəmin 40-50 milyon avro aralığında olması proqnozlaşdırılır.

Cari Seria A mövsümündə “Yuventus” dörd oyunda üç qələbə qazanıb və bir dəfə heç-heçə edib. Növbəti turda Turin klubu evdə “Atalanta” ilə qarşılaşacaq. Oyun sentyabrın 27-də baş tutacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”