- İtaliya S.A.
- 23:33 04.12.2025
“Milan"a yeni transfer olunan yarımmüdafiəçi Adriyen Rabyo komanda mühitindən məmnunluğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Milan"da xoşbəxtəm – düşünürəm ki, bunu meydanda da göstərmək mümkündür. Alleqri əla məşqçidir, komandamız güclüdür. Ümid edirəm ki, mövsümü uğurla başa vuracağıq”
Qeyd edək ki, fransız futbolçu əvvəlki klubu “Marsel”dən “rossoneri”yə keçib.Sentyabrın 28-də “Milan” Seriya A-nın hazırkı çempionu “Napoli”ni öz meydanında qəbul edəcək. Hazırda Massimiliano Alleqrinin komandası turnir cədvəlində 9 xalla üçüncü pillədə qərarlaşıb.