- İtaliya S.A.
- 22:21 10.04.2026
“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon “Milan”ın yarımmüdafiəçisi Luka Modriç və “Napoli”nin futbolçusu Kevin De Bruyne barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Onlar əsl çempionlardır. Xüsusən Modriçə görə çox şadam. Çünki onu yaxşı tanıyıram və mən də vaxtilə belə bir seçim etmişdim: yetkin yaşda liqanı dəyişərək yenidən motivasiya və enerji tapmışdım. Danışıqlara və skeptisizmə baxmayaraq, özümü beş il əvvəlki qədər güclü hiss edirdim və bunu sübut etdim. O da eyni addımı atır: həftədə bir oyun keçirərək əla mövsüm keçirə bilər”
Qeyd edək ki, İtaliya A Seriyasının V turunda bu iki komanda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 28-də keçiriləcək.Xorvatiyalı yarımmüdafiəçi bu yay Madrid “Real”ından “Milan”a transfer olunub. Belçikalı futbolçu Kevin De Bruyne də yay transfer pəncərəsində azad agent kimi İtaliya çempionu “Napoli”yə qoşulub. O, bundan əvvəl “Mançester Siti”nin heyətində çıxış edirdi.