10 noyabr 2025. Bazar ertəsi

“Qollar az olacaq, amma oyun həyəcanlı olacaq”


“Qollar az olacaq, amma oyun həyəcanlı olacaq”

“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı, hazırda İtaliya Futbol Federasiyasında çalışan Canluici Buffon A Seriyasının V turunda baş tutacaq “Milan” – “Napoli” qarşılaşması barədə fikirlərini bildirib. 

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bu, gərgin oyun olacaq. Qolların çox olacağını gözləmirəm, çünki hər iki komanda çox güclüdür. “Napoli”nin “Piza” ilə (3:2) matçda buraxdığı iki qol buna baxmayaraq heç nəyi dəyişmir. Amma bu, qarşılaşmanın maraqlı və həyəcanlı keçməyəcəyi anlamına gəlmir”

Qeyd edək ki, görüş sentyabrın 28-də keçiriləcək. Dörd turdan sonra Neapol təmsilçisi 12 xalla A Seriyasına liderlik edir. “Milan” isə 9 xalla üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

 “İnter”  “Latsio”nu məğlub etdi
  • İtaliya S.A.
  • 01:44 10.11.2025
“İnter” “Latsio”nu məğlub etdi
 “Roma”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 23:31 09.11.2025
“Roma”dan inamlı qələbə
Turin derbisində qalib olmadı
  • İtaliya S.A.
  • 23:07 08.11.2025
Turin derbisində qalib olmadı