6 dekabr 2025. Şənbə

Paulo Dibala “Roma”ya qayıdır


Paulo Dibala “Roma”ya qayıdır

“Roma”nın hücumçusu Paulo Dibala yaxın günlərdə zədədən sonra komandasına qoşulacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Cianluka di Marzio məlumat yayıb.

Qeyd olunur ki, argentinalı futbolçu 14 sentyabr tarixində “Torino” ilə oyunda arxa bud əzələsini zədələmişdi. İndi isə o, ümumi qrup məşqlərinə qatılıb. Dibala 6-cı turda “Fiorentina” ilə keçiriləcək oyunda iştirak edə bilər.

Cari mövsümdə Dibala “Roma” üçün 3 matçda meydana çıxıb, lakin məhsuldar hər hansı göstərici ilə fərqlənməyib. Beş turun sonunda Seria A cədvəlində Roma 15 xalla 3-cü pillədə qərarlaşıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”