- İtaliya S.A.
- 23:33 04.12.2025
Keçmişdə həm “Milan”da futbolçu, həm də baş məşqçi kimi fəaliyyət göstərmiş Kristian Brokki klubdakı vəziyyəti diqqətlə izləyir.
90deqiqe.Az-ın "pianetamilan.it"ə istinadən məlumatına görə, o, Massimiliano Alleqri rəhbərliyindən sonra klubda böyük dəyişikliklər baş verdiyini bildirib:
“Milan" Alleqri ilə komanda halına gəlib, yalnız hücum etmir, həm də müdafiədə birlikdə oynayırlar. Alleqriyə böyük hörmətim var, o, nəticəyə yönəlik, praqmatik məşqçidir. O, çox güclü yarımmüdafiə xətti qurub. Amma müdafiədə mərkəz müdafiəçisi bir az çatışmır”
Qeyd olunur ki, "Milan” növbəti Seria A turunda Alleqrinin sabiq komandası olan “Yuventus” ilə qarşılaşacaq.