29 iyun 2026. Bazar ertəsi

“Kənan Yıldız uğur qazanmaq üçün doğru yolu seçib”


“Kənan Yıldız uğur qazanmaq üçün doğru yolu seçib”

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyerro Turin klubunun hücumçusu Kənan Yıldızın çıxışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Kenan ciddi və çox işləməyi sevən futbolçudur. O, ‘Yuventus’un simvolu olmaq və uğur qazanmaq istəyir. Məncə, bunu ən düzgün şəkildə həyata keçirir.”

Türkiyəli hücumçu 2023-cü ildən “Yuventus”da çıxış edir. O, İtaliya klubunda 91 oyun keçirərək 18 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Yıldızın klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Hazırda “Yuventus” Seriya A turnir cədvəlində 11 xalla dördüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı