19 mart 2026. Cümə axşamı

“İnter”dən darmadağın


“İnter”dən darmadağın

İtaliya A Seriyasının VI turunda “İnter” və “Kremoneze” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “San-Siro (Cüzeppe Meaçça)” stadionunda baş tutan oyunda ev sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. 

6-cı dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines hesabı açıb. 12-ci dəqiqədə müdafiəçi Federico Dimarko tərəfindən vurulan qol VAR vasitəsilə ləğv edilib. 38-ci dəqiqədə hücumçu Anj-Yoan Bonni hesabı ikiqat artırıb. 55-ci dəqiqədə Dimarko komandasını daha da irəli çıxarıb, 57-ci dəqiqədə isə yarımmüdafiəçi Nikolo Barella dördüncü qolun müəllifi olub. 87-ci dəqiqədə “Kremoneze”nin hücumçusu Federico Bonazzoli fərqi azaltdıb.

Qələbədən sonra “İnter”in xalı 12-ə çatıb və Seriya A turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik “Milan”, “Napoli” və “Roma” isə VI turda hələ oyun keçirməyib. “Kremoneze” isə 9 xalla 6 matçdan sonra 8-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə