10 noyabr 2025. Bazar ertəsi

“Fiorentina” doğma meydanda “Roma”ya uduzdu


“Fiorentina” doğma meydanda “Roma”ya uduzdu

İtaliya A seriyasının VI turunda “Fiorentina” və “Roma” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Florensiyadakı “Artemio Franki” stadionunda baş tutub. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

Matçın 14-cü dəqiqəsində meydan sahiblərindən Moyze Kin hesabı açıb. 22-ci dəqiqədə “Roma”nın yarımmüdafiəçisi Matias Soule Artyom Dovbikin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı bərabərləşdirib. 30-cu dəqiqədə isə qonaqlardan Brian Kristante fərqlənərək “Roma”ya qələbə qazandırıb. Qeyd edək ki, Soule bu qarşılaşmada “1+1” (qol və ötürmə) göstəricisi ilə yadda qalıb.

Bu nəticədən sonra “Roma” mövsümdə 15-ci xalını qazanaraq A seriyasının turnir cədvəlinə başçılıq edir. “Fiorentina” isə 3 xalla 17-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

 “İnter”  “Latsio”nu məğlub etdi
  • İtaliya S.A.
  • 01:44 10.11.2025
“İnter” “Latsio”nu məğlub etdi
 “Roma”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 23:31 09.11.2025
“Roma”dan inamlı qələbə
Turin derbisində qalib olmadı
  • İtaliya S.A.
  • 23:07 08.11.2025
Turin derbisində qalib olmadı