31 yanvar 2026. Şənbə

“Yuventus” “Parma” azarkeşlərini cəzalandırdı


“Yuventus” “Parma” azarkeşlərini cəzalandırdı

İtaliyanın “Yuventus” klubu A Seriyasının I turunda “Parma” ilə keçirilən oyunda komandanın yarımmüdafiəçisi Ueston Makkenniyə qarşı irəli sürülən irqi ayrı-seçkilik ifadələrinə görə üç “Parma” azarkeşinə qarşı sanksiyalar tətbiq edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, stadiondakı çoxfokuslu videomüşahidə sistemi sayəsində hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər müəyyən edilərək tanınıb. Onların Makkenniyə qarşı rasist ifadələr işlətdiyi sübuta yetirilib.

“Yuventus” hadisəni qəti şəkildə pisləyərək bu şəxslərə qarşı klubun “Davranış kodeksi”nə əsasən tədbir görüldüyünü açıqlayıb. Həmin şəxslərin klub tərəfindən təşkil olunan futbol tədbirlərinə girişinə qadağa qoyulub.

Turin təmsilçisi qeyd edib ki, bu, “Allianz” stadionunda baş verən ilk belə hal deyil. Oxşar hadisələr 2023-cü ilin dekabrında “Roma” ilə və 2024-cü ilin noyabrında “Torino” ilə keçirilən oyunlarda da qeydə alınmışdı.

Qeyd edək ki, görüş avqustun 24-də Turin şəhərindəki “Allianz” stadionunda baş tutub və “Yuventus” 2:0 hesabı ilə qalib gəlib.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”