29 iyun 2026. Bazar ertəsi

“Kriştiano Ronaldo məni “Yuventus”a dəvət etmişdi”


“Kriştiano Ronaldo məni “Yuventus”a dəvət etmişdi”

Keçmiş futbolçu İvan Rakitiç karyerasında “Yuventus”a keçə biləcəyini xatırlayıb.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, xorvatiyalının sözlərinə görə, onu Turin klubuna dəvət edən şəxs Kriştiano Ronaldo olmuşdu.

“Bu doğrudur, Kriştiano 2019-cu ildə mənə zəng edib dedi: ‘Gəl, “Yuventus”a keç’. Mən İtaliyada oynamaqdan böyük məmnuniyyət duyardım. Bu, mənim əsas peşmanlığımdır.”

Rakitiçin sözlərinə görə, transfer “Barselona”ya olan öhdəlikləri səbəbindən baş tutmamışdı.

Qeyd edək ki, ötən yay 37 yaşlı futbolçu futbolçu karyerasını başa vurdu. Onun karyerasındakı son klub “Hayduk” olub.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı