9 noyabr 2025. Bazar günü

“İtaliyada yeməklər möhtəşəmdir, burada futbol həyatdan ayrılmazdır”


“İtaliyada yeməklər möhtəşəmdir, burada futbol həyatdan ayrılmazdır”

Fransalı yarımmüdafiəçi Adrien Rabyo İtaliyaya olan sevgisindən danışıb. 

90deqiqe.Az-ın "Le Figaro"ya istinadən məlumatına görə, təcrübəli futbolçu İtaliya mətbəxini xüsusi olaraq yüksək qiymətləndirib:

“Bəlkə bu bir qədər banal səslənəcək, amma bu, həqiqətdir — burada yeməklər çox dadlıdır. ‘Milanello’ya gəldiyim ilk gündən başa düşdüm ki, burada mükəmməl qidalanma var. Fransa hələ də qastronomiyanın mərkəzi sayılır, amma İtaliyada makaronun dadı bənzərsizdir” 

Rabyo həmçinin qeyd edib ki, İtaliyada futbol gündəlik həyatın ayrılmaz hissəsidir:

“Fransadan fərqli olaraq, İtaliya tam mənada futbol ölkəsidir.”

Xatırladaq ki, futbolçu əvvəllər Turin şəhərində yaşayıb, hazırda isə Milanda məskunlaşıb və hər iki halda onu eyni mütəxəssis — Massimiliano Alleqri çalışdırır.Adrien Rabyo “Milan”a keçməzdən əvvəl Fransanın “Marsel” klubunun heyətində çıxış edib.







İtaliya S.A.

Turin derbisində qalib olmadı
  • İtaliya S.A.
  • 23:07 08.11.2025
Turin derbisində qalib olmadı
“Milan” “Roma”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:54 03.11.2025
“Milan” “Roma”nı məğlub etdi