- İtaliya S.A.
- 23:33 04.12.2025
"Milan" sabiq müdafiəçisi Alessandro Nesta, klubdakı ilk günlərini xatırlayıb.
90deqiqe.Az "pianetamilan.it"ə istinadən xəbər verir ki, 49 yaşlı sabiq futbolçunun sözlərinə görə, "Milan"da keçirdiyi ilk vaxtlar ona heç də xoş gəlməmişdi, çünki o, "Latsio"da oynadığı Roma şəhərinə çox alışmışdı və hər şey ona yad idi.
"İlk altı ay dəhşətli idi. Burada heç nəyi bəyənmirdim, Roma üçün çox darıxırdım. Biz, romalılar, həmişə evimizi xüsusilə çox sevirik, mental olaraq biraz bağlanmışıq və Roma şəhərini tərk etmirik. Lakin sonra... "Milan"da keçirdiyim o on il həyatımın ən yaxşı illəri oldu"
Qeyd edək ki, Alessandro Nesta 2002-2012-ci illər arasında "Milan"da çıxış edib.