5 dekabr 2025. Cümə

"Milan"da əsas oyunçu olmaq istəyirəm"


"Milan"da əsas oyunçu olmaq istəyirəm"

Belçikalı müdafiəçi Koni de Vinter "Milan"dakı mövqeyi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az "Nieuwsblad"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun sözlərinə görə, əsas hədəfi "Milan"da əsas oyunçu olmaqdır. Lakin bunun üçün çox çalışması lazım olduğunu da vurğulayıb:

"Əsas oyunçu olmaq istəyirəm. Anlayıram ki, bu, çox iş tələb edəcək. Hazırda kollektivdə o qədər statusum yoxdur ki, bu mövzunu məşqçi ilə müzakirə edim. Mənə verilən hər dəqiqəni ən yaxşı şəkildə dəyərləndirməliyəm".

Qeyd edək ki, Koni de Vinter keçən transfer pəncərəsində "Milan"ın sıralarına "Cenoa"dan qoşulub. Cari mövsümdə belçikalı müdafiəçi dörd oyunda iştirak edib, lakin heç bir qol və ya assist qeydə almayıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”