- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliyanın “Milan” klubu müdafiəçi Fikayo Tomori ilə bağlı qərarını verib.
90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "rossenerilər" 27 yaşlı futbolçunun müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.
Məlumata görə, Tomorinin hazırkı müqaviləsi iki ildən az müddətə qalıb və klub rəhbərliyi müdafiəçi ilə tezliklə razılığa gəlmək niyyətindədir. “Milan” artıq futbolçunun agentləri ilə əlaqə saxlayıb və ona eyni məbləğdə – 3,5 milyon avro illik məvacib ilə üç illik müqavilə təklif edib.
Klubun digər futbolçuları Aleksis Salemakers və Kristian Pulişiçə də yeni müqavilə təklif olunacağı gözlənilir.
Cari mövsümdə Tomori klubun heyətində Seriya A-da 6, İtaliya Kubokunda isə 2 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.