5 dekabr 2025. Cümə

Modriç yenidən "Real Madrid"ə qayıdacaq


Modriç yenidən "Real Madrid"ə qayıdacaq

Xorvatiyalı ulduz Luka Modriç 40 yaşında olmasına baxmayaraq, “Milan”da yüksək səviyyədə çıxışını davam etdirir.

90deqiqe.Az “Defensa Central”a istinadən xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə 2026-cı il dünya çempionatından sonra klubdan ayrılmaq istəyirdi, lakin indi daha bir illik müqavilə uzadılması variantını nəzərdən keçirir.

Eyni zamanda, Modriç “Real Madrid”in prezidenti Florentino Peresin təklifini qəbul edərək, futbolçu karyerasını bitirdikdən sonra Madrid klubuna səfir və ya məşqçi kimi qayıtmağı planlaşdırır.

Xorvat yarımmüdafiəçi əvvəlcə bir il ailəsi ilə vaxt keçirməyi, daha sonra “Real” akademiyasında məşqçilik kurslarını bitirib klubda fəaliyyətə başlamağı düşünür.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”