5 dekabr 2025. Cümə

“Ronaldo Pirlonun oyun sisteminə uyğun deyildi”


“Ronaldo Pirlonun oyun sisteminə uyğun deyildi”

Andrea Pirlonun "Yuventus"dakı keçmiş köməkçisi Alparslan Erden Pirlonun yanında çalışdığı dövrdə Kriştiano Ronaldonun komanda ilə uyğunlaşa bilmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, “Sport Bild” məşqçinin dediklərini belə çatdırıb.

“Biz analiz apardıq, analitik müəyyən məlumatlar təqdim etdi. Aydın idi ki, Kriştiano Ronaldonun oyun tərzi sistemimizə uyğun deyildi. O, yüksək pressinq etmək istəyirdi, lakin məlumatlar göstərirdi ki, portuqaliyalı sprintdə ən zəif oyunçulardan biridir. Onun daha çox Alvaro Morata ilə işləməsi rahat idi; o, 4-4-2 sxemamız üçün ideal oyunçu idi”

Qeyd edək ki, Ronaldo 2021-ci ildə “Yuventus”u tərk edərək “Mançester Yunayted”ə keçib. Pirlonun özü də həmin il Turin klubunu tərk etmişdi.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”