5 dekabr 2025. Cümə

UEFA “Yuventus”un maliyyə fəaliyyəti ilə bağlı araşdırma aparır


UEFA “Yuventus”un maliyyə fəaliyyəti ilə bağlı araşdırma aparır

İtaliyanın “Yuventus” klubu UEFA tərəfindən maliyyə pozuntularına görə araşdırılır.

90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, sentyabr ayında klub UEFA-dan xəbərdarlıq alıb və 2022-2025-ci illəri əhatə edən üçillik dövr üzrə araşdırma başlayıb.

Yekun qərarın 2026-cı ilin baharında verilməsi gözlənilir. Maliyyə qaydalarının pozulması təsdiqlənərsə, klub həm cərimə edilə, həm də UEFA yarışlarında oyunçu qeydiyyatına məhdudiyyətlə üzləşə bilər.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında “Yuventus” oxşar pozuntular səbəbindən bir mövsüm UEFA yarışlarından kənarlaşdırılıb və 20 milyon avro cərimələnib (10 milyon şərti).







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”