- İtaliya S.A.
- 23:33 04.12.2025
“Milan” klubu ABŞ millisində yarımmüdafiəçi Kristian Pulişiçin istifadəsi ilə bağlı narazılığını ifadə edib.
90deqiqe.Az-ın “La Repubblica”ya istinadən məlumatına görə, futbolçu tam formada olmamasına baxmayaraq, o, Avstraliya ilə yoldaşlıq oyununda start heyətinə daxil edilib.
Nəticədə Pulişiç oyun zamanı 30 dəqiqədən sonra zədələnərək əvəzlənib. ABŞ millisində onun start heyətində çıxışı “Milan” üçün lazımsız risk hesab olunur.
Kristian Pulişiç zədəyə görə 3-4 həftə oyunlardan kənarda qala bilər. ABŞ millisini baş məşqçi Maurisio Poçettino çalışdırır və o, komandayı ev sahibi olduğu Dünya Çempionatına hazırlayır.