5 dekabr 2025. Cümə

“Milan”ın futbolçusu Kristian Pulişiç zədələndi


“Milan”ın futbolçusu Kristian Pulişiç zədələndi

İtaliya “Milan” klubunun cinah hücumçusu Kristian Pulişiç ABŞ millisinin düşərgəsində zədə alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Rəsmi açıqlamaya görə, futbolçu tibbi müayinədən keçib və MRT nəticəsində onun sağ dizaltı vətərində zədə aşkarlanıb. Klubun həkim heyətinin rəyinə əsasən, amerikalı oyunçunun bərpa prosesi təxminən 10 gün davam edəcək.

Bu səbəbdən Pulişiç “Milan”ın “Fiorentina”, “Piza” və “Atalanta” ilə oyunlarını buraxacaq.

Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsümdə “Milan”ın heyətində 8 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”