5 dekabr 2025. Cümə

“Leaunun əvvəlki formasına qayıtması bizi sevindirir”


“Leaunun əvvəlki formasına qayıtması bizi sevindirir”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri komandanın portuqaliyalı hücumçusu Rafael Leau barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Leau bizə hamımızdan çox lazımdır. Onun əvvəlki fiziki durumuna qayıtmasından çox məmnunam. O, istisna texniki keyfiyyətlərə malikdir. İndi vəziyyəti yaxşıdırsa, komandaya kömək etməlidir”

Qeyd edək ki, futbolçu baldır əzələsindəki zədəsini sağaldaraq meydana qayıdıb və hazırda formasını bərpa etməkdədir.Rafael Leau cari mövsümdə “Milan”ın heyətində bütün turnirlər üzrə 3 oyunda iştirak edib və 1 qola imza atıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”