5 dekabr 2025. Cümə

“Napoli” “Torino”ya məğlub oldu


“Napoli” “Torino”ya məğlub oldu

İtaliya A Seriyasının VII turunda “Napoli” səfərdə “Torino”nun qonağı olub.

90deqiqe.Az-ın məlumatına görə, matç boyu üstünlük qazanmasına baxmayaraq, qonaqlar meydanı məğlub tərk edib.

32-ci dəqiqədə Billi Qilmorun ötürdüyü topu qəbul edən Covanni Simeone mərkəzə doğru irəliləyərək qapıçı ilə üz-üzə qalıb və hesabı açıb – 1:0. Daha sonra Simeone sağ cinahdan irəliləyərək Marku Pedersenə ötürmə edib, lakin Pedersenin zərbəsi qapıçının əlindən dönüb.

İkinci hissədə Andre-Frank Zambo-Angissa sol cinahdan topu başla qapıya yönəltmək istəsə də, qapıçı təhlükəni aradan qaldırıb. Noa Lang sol cinahdan Kevin de Bryunenin üzərinə ötürmə edib, lakin 12 metrlik zərbə qapının üstünündən keçib. 90+4-cü dəqiqədə Matteo Politano sağdan cərimə meydançasının kənarından dəqiq zərbə vurub, Lang isə təkrar zərbə ilə hesabı bərabərləşdirməyə çalışsa da, VAR qərarı ilə qol ləğv olunub – ofsayd.

Bu nəticədən sonra “Napoli” mövsümün hazırkı mərhələsində “Roma” ilə birinciliyi bölüşür, “Torino” isə 8 xalla 11-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”