29 sentyabr 2026. Çərşənbə axşamı

“Yuventus” mövsümdə ilk məğlubiyyətini aldı


“Yuventus” mövsümdə ilk məğlubiyyətini aldı

İtaliyanın “Komo” komandası Serie A-nın 7-ci turunda evdə “Yuventus”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Cuzeppe Sinigallia” stadionunda baş tutan görüşdə meydan sahibləri Turin təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

Qolları Mark-Oliver Kempf (4-cü dəqiqə) və Nikolas Pas (79-cu dəqiqə) vurub. Pas həm də Kempfin qolu üçün məhsuldar ötürmə edib.

Bu nəticə ilə “Yuventus” mövsümdə ilk məğlubiyyətini alaraq 12 xalla 6-cı pilləyə düşüb. “Komo” eyni xalla 5-ci pillədədir və əlavə göstəricilərə görə üstünlük sahibidir.

Qeyd olunur ki, Turin komandası artıq dörd oyunluq seriyada qələbə qazana bilmir, mövsümə isə üç ardıcıl qələbə ilə başlamışdı.







İtaliya S.A.