- İtaliya S.A.
- 23:33 04.12.2025
“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasının VIII turunda “Napoli” ilə keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı qarşıdakı görüşlə bağlı bunları deyib:
“Hazırkı anda ‘Napoli’nin forması o qədər də vacib deyil. Onlar hələ də İtaliyanın çempionudurlar. Hər iki komandanın ambisiyaları böyükdür, bizi gərgin oyun gözləyir. Sabah hələ 8-ci turdur, çempionluq şanslarından danışmaq tezdir. Bu vacib matçdır, amma ümumi mənzərədə heç nəyi həll etmir.
Məncə, komandamız üçün ən yaxşı məşq — istirahətdir. Bir çox futbolçular milli komandaların düşərgəsində idilər və onların həftələri çox gərgin keçdi. Buna görə onlara istirahət vermək düzgün qərar idi. Hər oyuna eyni ruhda yanaşmaq lazımdır — sabitliyin açarı da budur. Səthi münasibət isə çox vaxt məyusedici nəticələrə gətirib çıxarır.”
Qeyd edək ki, matç oktyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda baş tutacaq.Hazırda A Seriyasında 7 turdan sonra “İnter” və “Napoli”nin hər birinin 15 xalı var. Komandalar müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. Turnir cədvəlinə 16 xalla “Milan” başçılıq edir.