29 iyun 2026. Bazar ertəsi

Hoylund “Napoli” – “İnter” oyununu buraxacaq


Hoylund “Napoli” – “İnter” oyununu buraxacaq

Danimarkalı hücumçu Rasmus Hoylund İtaliya A Seriyasının VIII turunda “Napoli”nin “İnter”lə qarşılaşmasında iştirak edə bilməyəcək. 

90deqiqe.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu hələ də əzələ zədəsindən tam sağalmayıb. Əvvəlki məlumatlara görə, klub hesab edirdi ki, Hoylund “neradzurri” ilə vacib oyuna hazır olacaq. Lakin son məşqdə müəyyən olunub ki, futbolçunun səhhəti tam stabil deyil.

Cari mövsümdə Hoylund klubun heyətində bütün turnirlərdə 6 oyuna çıxıb və 4 qol vurub. O, bu mövsüm “Napoli”nin ən məhsuldar futbolçusudur.

Oyun oktyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda baş tutacaq.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı