14 may 2026. Cümə axşamı

“Bolonya”nın baş məşqçisi xəstəxanadan buraxılıb


“Bolonya”nın baş məşqçisi xəstəxanadan buraxılıb

“Bolonya” klubunun baş məşqçisi Vinçenzo İtalyano pnevmoniya səbəbilə xəstəxanada keçirdiyi müalicədən sonra evə buraxılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İtalyano artıq özünü yaxşı hiss edir və çərşənbə günü komandanın məşqlərinə qayıdacaq. Bununla belə, həkimlər yaxın günlərdə onun səhhətinə nəzarəti davam etdirəcəklər.

Xatırladaq ki, italiyalı mütəxəssis oktyabrın 21-də xəstəxanaya yerləşdirilmişdi. Onun yoxluğunda “Bolonya” iki görüşdə məğlub olmayıb — Avropa Liqasında FCSB üzərində 2:1 hesablı qələbə qazanıb, A Seriyasında isə “Fiorentina” ilə 2:2 hesablı bərabərliklə kifayətlənib.

Hazırda “Bolonya” İtaliya A Seriyasında 8 turdan sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi