9 noyabr 2025. Bazar günü

Lukaku nə vaxt meydana qayıdır?


Lukaku nə vaxt meydana qayıdır?

“Napoli”nin hücumçusu Romelu Lukaku avqustda “Olimpiakos”la keçirilən yoxlama oyununda bud nahiyəsindən ağır zədə almışdı.

90deqiqe.Az “Calciomercato”ya istinadən xəbər verir ki, 32 yaşlı forvard hazırda son tibbi müayinədən keçib. Neapol təmsilçiləri onun vəziyyətini nikbin qiymətləndirir və dekabr ayında meydana qayıtmasına ümid edirlər.

Klub tələsmək niyyətində deyil — Lukaku öncə idman zalında əzələlərini möhkəmləndirəcək, daha sonra oyun tempini bərpa edəcək. Belçikalı hücumçu yalnız tam formada olanda komandasına kömək edəcək.

Qeyd edək ki, belçikalı forvard əməliyyata razılıq verməyərək, konservativ müalicə üsulunu seçmişdi.







İtaliya S.A.

Turin derbisində qalib olmadı
  • İtaliya S.A.
  • 23:07 08.11.2025
Turin derbisində qalib olmadı
“Milan” “Roma”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:54 03.11.2025
“Milan” “Roma”nı məğlub etdi