14 dekabr 2025. Bazar günü

"Cenoa" Patrik Viyera ilə yollarını ayırdı


"Cenoa" Patrik Viyera ilə yollarını ayırdı

İtaliyanın “Cenoa” klubu baş məşqçi Patrik Viyera ilə əməkdaşlığa son qoyub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə X (keçmiş “Twitter”) hesabında rəsmi məlumat yayılıb. Açıqlamada qeyd olunur:

“Klub baş məşqçiyə və onun köməkçi heyətinə göstərdikləri məsuliyyət və peşəkarlığa görə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayır.”

Fransalı mütəxəssis 2024-cü ilin noyabrında “Cenoa”nın sükanı arxasına keçmişdi. Lakin komanda cari mövsümdə uğursuz çıxış edir. İtaliya A Seriyasının doqquz turundan sonra “Cenoa” cəmi üç xal toplayaraq turnir cədvəlinin son pilləsində, yəni aşağı liqaya düşmə zonasındadır.

Klub yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacaq.







İtaliya S.A.

“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi