31 yanvar 2026. Şənbə

“Fiorentina” baş məşqçi Stefano Pioli ilə yollarını ayırdı


“Fiorentina” baş məşqçi Stefano Pioli ilə yollarını ayırdı

İtaliyanın “Fiorentina” klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Rəsmi bəyanatda deyilir:

“Stefano Pioli artıq ‘Fiorentina’nın baş məşqçisi deyil. Klub bu gün mütəxəssisin vəzifəsindən azad edildiyini elan edir. Komanda rəhbərliyi Pioli və onun köməkçilərinə göstərdikləri peşəkarlığa görə təşəkkürünü bildirir.”

62 yaşlı Pioli 2025-ci ilin iyulundan komandanı çalışdırırdı. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.

Cari mövsümdə uğursuz çıxış edən “Fiorentina” 4 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”